“Real” braziliyalı futbolçunu icarəyə verəcək
“Real”ın heyətinə yay transfer pəncərəsində 18 yaşı tamam olacaq braziliyalı hücumçu Endrik də qoşulacaq.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu”nun PSJ-nin forvardı Kilian Mbappe ilə müqavilə imzalamasını nəzərə alsaq, Endrikin dərhal əsas komandada oynaması çətin olacaq.
Madrid təmsilçisinin planı Endriki uyğunlaşmaq üçün bir mövsümlük La Liqanın başqa klubuna icarəyə verməkdir.
Endrik artıq Braziliya millisində çıxış edir. O, çıxış etdiyi 4 oyunda 2 qol vurub. 18 yaşlı forvard İngiltərə və İspaniya millilərinə qarşı oyunlarda fərqlənməyi bacarıb.
“Real” növbəti oyununu mayın 8-də, Çempionlar Liqasında “Bayern”ə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin