Qvardiola: “İngiltərə AÇ-2024-ü qazanmağa yaxındır”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Avropa çempionatı ərəfəsində İngiltərə yığması haqda fikirlərini bildirib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı millinin futboçularının əslində yaxşı olduqlarını deyib:
“Əslində yaxşıdırlar. Söhbət təkcə istedadlı oyunçulardan getmir, bütün kompleksdən, komandadan gedir və baş məşqçi Qaret Sautqeyt nə etməli olduğunu dəqiq bilir.
Hiss olunur ki, İngiltərə milli komandası son dünya və Avropa çempionatlarında müəyyən addımlar atır və kuboku qazanmağa yaxındır”.
İngiltərə yığması Avropa çempionatında Danimarka, Serbiya və Sloveniya ilə birlikdə C qrupunda yer alıb. Almaniyada keçiriləcək AÇ-2024 iyunun 14-dən iyulun 14-dək olan aralıqları əhatə edəcək.
Bizi Facebook-da izləyin