“Roma” azarkeşlərin dəstəyinə güvənirdi, ancaq…”

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bayer”in səfərdə “Roma” üzərində qələbəsindən danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, “Bayer”in təzyiqi inamla idarə etdiyini bildirib:

“Roma” evdə azarkeşlərin dəstəyi ilə əlverişli nəticə əldə edəcəyini düşünürdü. Ancaq “Bayer” təzyiqi inamla idarə etdi. Komanda çempionluq mövsümü keçirir. Biz artıq matçlardan yox, titullardan danışırıq”.

Matç “Bayer”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu mayın 9-da Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button