MY işçilər üçün nəzərdə tutulan güzəştləri ləğv edib

“Mançester Yunayted”in yeni rəhbərliyi İngiltərə kubokunun finalı üçün klubun əməkdaşlarına edilən güzəştləri ləğv etmək qərarına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Əvvəllər təqribən 1100 işçi pulsuz biletlər və “Uembli”yə gediş-gəliş əldə edirdi. Klub onların Londondakı otel xərclərini də ödəyirdi. Eyni zamanda, yüksək postlardakı işçilər və direktorlar dostlarını, qohumlarını özləri ilə matça apara bilirdilər.

“Mançester Yunayted”in sahibləri hər bir işçinin indi yalnız bir bilet almasına qərar verib. Onlar həmçinin, oyun günü “Uembli”yə avtobusla gediş-gəliş üçün 20 funt sterlinq ödəməli olacaqlar. Oyundan əvvəl nahar və matçdan sonrakı əyləncəyə dəvət kimi bütün digər üstünlüklər ləğv edilib.

“Qırmızı şeytanlar” İngiltərə kubokunun finalında “Mançester Siti” ilə qarşılaşacaq. Matç mayın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button