ÇL: “Ançelotti cavab oyununda hər şeyi başqa cür edə bilər”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçı ilə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis, mətbuat konfransında oyunla bağlı müəyyən qərarlar qəbul etməli olduqlarını söyləyib:
“İlk matçda bəzi futbolçular mövqeləri ilə bizi təəccübləndirdilər. Düşünüb müəyyən qərarlar qəbul etməliyik. Karlo Ançelottinin böyük təcrübəsini nəzərə alsaq, o, cavab oyununda hər şeyi başqa cür edə bilər. Biz buna hazır olmalıyıq. Eyni zamanda, öz oyunumuzu tətbiq etməyə və rəqibə təzyiq göstərməyə çalışacağıq”.
İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alınıb.
“Mançester Siti” ötən mövsüm Çempionlar Liqasının yarımfinalında öz meydanında “Real”ı 4:0 hesabı ilə məğlub etmişdi.
Bizi Facebook-da izləyin