Qvardiola: “Onun üçün darıxırıq”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Cek Qrilişlə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan mütəxəssis ingiltərəli futbolçudan razı olduğunu və onun üçün darıxdığını bildirib:

“Qrilişdən çox razıyıq, onun üçün darıxırıq. O, sona qədər mübarizəni davam etdirməlidir. Oyununun bəzi aspektlərini yaxşılaşdırmalıdır, məsələn, finişi. Amma bizə hələ də keçənilki Cek kömək edir”.

Qriliş bu mövsüm bütün turnirlərdə 31 matçda iştirak edib. O, bu matçlarda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button