ÇL: “Barselona”nın qaldığı otelin yanında fişənglər atılıb

Bir qrup naməlum şəxs Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə ilk oyunu öncəsi “Barselona”nın qaldığı otelin yaxınlığında fişənglər atıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aprelin 10-da, səhər saat 4 radələrində baş verib. Həmin şəxslərin PSJ ilə oyundan əvvəl “Barselona” futbolçularının yuxusuna mane olmağa çalışdıqları bildirilir.

Aprelin 10-da Parisdə “Barselona” və PSJ arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək. Cavab oyunu aprelin 16-da Barselonada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button