“Bu nəticə ilə fəxr edə bilərik” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyunu (3:3) haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis eyni zamanda, cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb:
“Düşünürəm ki, bu turnirin səviyyəsinə layiq, çox yaxşı, həqiqətən maraqlı matç oldu. Hər iki komanda hücuma keçməyə çalışdı və bunu müxtəlif üsullarla etdi. Amma şəxsən mənim ən çox xoşuma gələn ikinci hissəni necə oynadığımızdır. Oyuna yaxşı nəzarət edirdik.
“Real”a üç qol vurduq. İngiltərədə hər kəs burada oynamağın nə qədər çətin olduğunu başa düşür. Bu nəticə ilə fəxr edə bilərik. Biz uzun yol qət etmişik. Biz çox şey öyrəndik, sabitlik əldə etdik və daha yaxşısını edə bilərik.
Cavab oyunu? Bu matçda qalib gəlməliyik. Azarkeşlər bu işdə bizə kömək etməlidirlər. Bu turnirin “krallar”ını məğlub etmək üçün onların enerjisinə ehtiyacımız var. Biz bunu Mançesterdə edə bilərik. Amma “Real” bir qol vuracaq, bu, mütləqdir”.
Cavab oyunu bir həftə sonra, aprelin 17-də Mançesterdəki “Etihad” stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin