“Fiziki olaraq karyeramın ən yaxşı dövrünü yaşayıram” – “Real”ın futbolçusu
“Real”ın hücumçusu Xoselu gələcəklə bağlı planlarından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu dayanmaq fikrində olmadığını söyləyib:
“Fiziki olaraq karyeramın ən yaxşı dövrünü yaşayıram. 34 yaşım təzəcə tamam oldu, amma bunu hiss etmirəm. Bu yaşa çatmaq idmançı üçün sınaqdır, amma mən dayanmaq fikrində deyiləm”.
İspaniyalı forvard “kral klubu”nda icarə əsasında çıxış edir. Futbolçu müqavilə ilə “Espanyol”a məxsusdur. Onun adı daha əvvəl “Mançester Yunayted”lə hallanırdı.
Xoselu bu mövsüm La Liqada 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin