PSJ-nin hədəfi: Gürcü futbolçu

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın PSJ klubu futbolçunun xidmətində maraqlıdır.

Parislilər Kilian Mbappenin gedişindən sonra hücumu gürcü futbolçuyla gücləndirmək istəyirlər.

Neapollular Xviçanı komandanın ən vacib oyunçularından biri hesab edirlər, lakin onu 100 milyon avroya satmağa hazırdırlar.

Kvaratsxeliya bu mövsüm İtaliya çempionatında 28 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onunla “Napoli” arasında müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button