Luis Enrike: “PSJ Çempionlar Liqasında heç bir təzyiq hiss etmir”

PSJ-nin baş məşqçisi Luis Enrike jurnalistləri əmin edib ki, komandası Çempionlar Liqasında heç bir təzyiq hiss etmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis iddialarının böyük olduğunu bildirib:

“PSJ Çempionlar Liqasında heç bir təzyiq hiss etmir. Tam əksinədir. Tariximizdə heç vaxt turnirin qalibi olmamışıq. “Barselona” isə beş dəfə qalib gəlib. Biz təzyiq hiss etmirik, amma iddialarımız böyükdür”.

Qətərli investorlar 2011-ci ildən Paris klubuna külli miqdarda pul yatırsalar da, hələ də Çempionlar Liqasını qazana bilməyiblər.

PSJ tarixində ilk dəfə 2020-ci ildə Çempionlar Liqasının finalına yüksəlib. Komanda həmin matçda “Bayern”ə minimal hesabla (0:1) məğlub olub.

PSJ ÇL-in 1/4 finalında “Barselona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button