“Braziliya ilə oyundan dərs aldıq” – İspaniya millisinin baş məşqçisi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yoldaşlıq görüşündə Braziliya ilə heç-heçə (3:3) haqda fikirlərini bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, baş məşqçi mart təlim-məşq toplanışını yaxşı nəticə ilə başa vurduqlarını bildirib:

“Braziliya ilə oyundan dərs aldıq və müsbət nəticələr çıxardıq. Biz bu mart təlim-məşq toplanışını yaxşı nəticə ilə başa vurduq və komanda olaraq uzağa gedə biləcəyimizi hiss edirik. Lamin Yamal parlaq oyun nümayiş etdirdi, amma diqqətli olmaq lazımdır. Bu komandanı həyəcanlandıran və gözləntilər yaradan dünya səviyyəli oyunçularımız var. Bu, mənim işimi çox çətinləşdirir. Çünki seçim etmək üçün çox oyunçu var, bu, çox yaxşıdır”.

İspaniya millisi AÇ-2024-ə qədər sonuncu yoldaşlıq görüşündə Andorra seçməsi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button