Keçmiş rəisin “boru davası”

Ötən il “Kəpəz”in mühafizə xidmətinin rəisi vəzifəsindən uzaqlaşdırılan Elmar Əliyev sosial media hesablarında Gəncə klubunun rəhbərliyini tənqid etməyə davam edir. “Kəpəz” azarkeşləri arasında tanınan biri olan və kluba bağlılığı ilə bilinən Əliyev təəssüf ki, hazırda komandadan çox, öz çıxarları üçün qarşı tərəfə tənqid hücumuna keçib.

Məsələ burasındadır ki, Elmar bəyin “Kəpəz”də tutduğu postdan uzaqlaşdırılması da öz səhvi ucbatından olub. O, klubda çalışarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Nəticədə, bu, onun işindən uzaqlaşdırılmasına səbəb olub. Əliyev klubda çalışdığı zaman 8 ədəd qaz borusunu rəhbərliyin icazəsi və xəbəri olmadan “başqa ünvan”a aparıb. Sonradan o, yazdığı izahatda buna görə peşman olduğunu da bildirib. Amma necə deyərlər, sonrakı peşmançılıq fayda verməz. Əslində, indi Elmar bəyin sosial şəbəkədə klubu tənqid etməsi də “daldan atılan daş topuğa dəyər” effektindədir.

Hər halda, Əliyevin “Kəpəz”dən uzaqlaşdırılmasına səbəb olan hadisənin nəticəsi – izahatı çox şeydən xəbər verir.

“Kəpəz” PFK İdarə Heyətinin sədri İlqar Nadiriyə həmin klubun mühafizə rəisi Elmar Əliyev tərəfindən İzahat:

Yazıb sizə bildirirəm ki, sentyabr ayının əvvəllərində stadion ərazisindən 8 ədəd 6 metrəlik qaz borularını heç kimə bildirmədən başqa ünvana aparmışam. Onları qaytarıb yerinə qoymağa təminat verirəm. Əməlimdən peşmanam”. (6.10.2023)

Uğur

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button