“Yuventus” albaniyalı futbolçu üçün hərəkətə keçib

“Yuventus” “Lokomotiv”in futbolçusunu transfer etmək istəyir.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “qoca sinyora” Moskva klubunun müdafiəçisi Mario Mitayı heyətinə qatmaqda israrlıdır.

Turin klubunun skautları Mitayı Albaniya və Çili yığmaları arasında keçiriləcək görüşdə də stadiondan canlı izləyəcəklər.

Mitayın “Lokomotiv”lə müqavilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 20 yaşlı futbolçu 2022-ci ildə AEK-dən Rusiya klubuna keçib. O, 2021-ci ildən Albaniya yığmasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button