Paytaxt klubunda yeni baş məşqçi

İqor Tudor “Latsio”nun baş məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssis istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib. Tudorla imzalanan müqavilənin detalları açıqlanmayıb.

İqor Tudorun sonuncu iş yeri Marsel “Olimpik”i olub.

“Latsio” bu mövsüm A Seriyasının turnir cədvəlində 43 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button