“Latsio” “sükan”ı xorvat məşqçiyə tapşıracaq

İqor Tudor “Latsio”nun yeni baş məşqçisi olacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı xorvatiyalı məşqçi romalılarla 2025-ci ilin yayına qədər olan müqavilə imzalayacaq. Müqavilə daha sonra bir mövsüm də uzadıla bilər.

Tudor ötən mövsüm “Marsel”ə rəhbərlik edib. O, İtaliyada “Verona”, “Udineze”də çalışıb və “Yuventus”da Andrea Pirlonun köməkçisi olub.

“Latsio” martın 13-də baş məşqçi Mauritsio Sarrini istefaya göndərdiyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button