“Qarabağ”a 2 qol vurdu, həftənin ən yaxşısı oldu
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada Almaniyanın “Bayer” klubunun hücumçusu Patrik Şik layiq görülüb.
Çex forvard “Qarabağ”la ev oyununda 3:2 hesablı əzmkar qələbədə dubla imza atmaqla pay sahibi olmuşdu.
Həftənin ən yaxşı oyunçusu adına Rafael Leao (“Milan”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Məhəmməd Kudus (“Vest Hem”, İngiltərə) da namizəd idilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin