“Sabah”dan yeni əməkdaşlıq müqaviləsi

“Sabah” klubu və “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Komanda.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində şirkət “Sabah”ı qolf maşını ilə təmin edib.

Klubun ixtiyarına verilmiş qolf maşınından ölkə çempionatının oyunlarında, futbolçuların zədələnməsi zamanı meydançadan daşınması üçün istifadə ediləcək.

“GolfCar Azərbaycan” ölkəmizdə qolf maşınlarının aparıcı təchizatçısıdır. Səkkiz illik fəaliyyəti ərzində şirkət geniş xidmətlər təklif edən etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir. Şirkətin xidmətlərinə qolf maşınlarının satışı, icarəsi, təmiri, tüninqi, həmçinin xidməti qulluğu daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button