Azərbaycan yığmasının üzvü Macarıstan kubokunda gümüş medal qazandı
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Roman Qurski Macarıstan kubokunda ikinci yeri tutub.
Komanda.az xəbər verir ki, toppaylayıcımızın şərəfini qoruduğu VRCK klubu finalda “Kaposvar” kollektivinə məğlub olaraq gümüş medal qazanıb.
Roman bununla bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti ilə fikirlərini bölüşüb:
“Biz Macarıstan kubokunda ikinci olduq. Finalda “Kaposvar”a 2:3 hesabı ilə uduzduq. Oyun gərgin keçdi, son setdə 14:16 hesabı ilə məğlub olduq. Komandamız gənclərdən ibarətdir, lakin biz daha təcrübəli oyunçulardan təşkil olunmuş “Kaposvar”a qarşı maksimum şəkildə oynadıq. Hazırda çempionatın pley-off mərhələsinə hazırlığımızı davam edirik. Çalışacağıq ki, çempionatda da medal qazanaq”.
Bizi Facebook-da izləyin