Dayer zəng gözləyir
“Bayern”nin müdafiəçisi Erik Dayer İngiltərə yığmasının Avropa çempionatı üçün heyətinə düşmək şanslarını dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futboçu millidən zəng gözlədiyini bildirib:
“AÇ-2024 üçün İngiltərə yığmasına qayıtmaq istəyirəm? Əlbəttq, böyük motivasiyam var. Görək zəng olacaq?”
Dayer sonuncu dəfə İngiltərə millisində 2022-ci ilin dekabrında dünya kubokunun 1/8 final mərhələsində, Seneqal üzərində 3:0 hesabı ilə qalib gəldikləri oyunda çıxış edib.
AÇ-2024 bu yay Almaniyada baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin