“Sonadək mübarizə aparacağıq”

Azərbaycan Premyer Liqasının 26-cı turunun “Sabah” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 56 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Komandamız yaxşı oynadı. İki çatışmayan məqamı qeyd edərdim. Hücumların sonluğunda bir az ustalıq və son zərbələr zamanı soyuqqanlılıq çatmır. Matçın 75 dəqiqəsindən sonra komandanı gücləndirə biləcək futbolçularla bağlı da çətinliyimiz var. Komanda çox yaxşı oynadı, pressinq etdi, qol vurdu. Oyunçulara irad tuta bilmərəm. Davit Volkovu tanıyıram. O, çox yüksək səviyyəli futbolçudur və ustalıq öz sözünü dedi. Həm “Qarabağ”, həm “Səbail”lə matçların birinci hissəsində də yaxşı oynamışdıq”.

Baş məşqçi qapıçı dəyişikliyi və komandanın mübarizəsindən də danışıb: “İki görüşdə 7 top buraxmışdıq. Digər qapıçımız var ki, ona şans verdik. Bu gün qolkiper kobud səhvlər etmədi. Yaxşı oynasaq da, xallar da toplamalıyıq. Uduzmağımız çox pisdir, buna yaxşı deyə bilmərəm. Sonadək mübarizə aparacağıq. Maksimum çox çalışacağıq. Komandanın tam müasir futbol oynadığını sübut edə bilərəm. Yaxşı kombinasiyalı, pressinqli oyun göstəririk. Çatışmayan xallardır ki, onları qazanmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button