Azərbaycan sablyaçısı Türkiyədəki turnirdə üçüncü olub
Azərbaycanın yeniyetmə sablyaçısı Səid Sultanlı Türkiyənin Kocaeli şəhərində keçirilən açıq turnirdə üçüncü yeri tutub.
Komanda.az xəbər verir ki, o, 12 yaşadək oğlanlar arasında yarışın bürünc medalına yiyələnib.
Gəray Məmmədli isə 14 yaşadək sablyaçılar arasında 50-dən çox iştirakçı arasında baş tutan beynəlxalq turnirdə 8-ci olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin