“Özümüzü qınamağa ehtiyac yoxdur” – “Monako”nun futbolçusu

“Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin 24-cü turunda PSJ ilə heç-heçəni (0:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı futbolçu qapıçıların əla çıxış etdiyini bildirib:

“Yaxşı, dinamik oyun, yüksək sürət, kifayət qədər çox şans. Onu da deyim ki, qapıçılar əla oynadılar. Bu matçda yəqin ki, komandalarının ən yaxşısı idilər. Mənim qol vurmaq üçün əla şansım oldu. Bu vəziyyətdə hər şeyi düzgün etdim, amma demək olar ki, bəxtim gətirmədi. Prinsipcə, istənilən halda, bir xal qazandıq, baxmayaraq ki, daha çox qazana bilərdik. Belə bir hiss var ki, qələbəyə çox yaxın idik. Bununla belə, özümüzü qınamağa ehtiyac yoxdur, davam edirik”.

PSJ ardıcıl ikinci görüşdə heç-heçə edib və Liqa 1-də 55 xalla turnir cədvəlinə başçılıq edir. “Monako” 42 xalla 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button