“Neftçi”nin 3 futbolçusu derbini buraxacaq
“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.
Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.
Martın 3-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin