“Azərbaycanın ən yaxşı klubunda oynayıram” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin futbolçusu Kilan Lebon mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”da böyük uğurlar qazanmaq istədiyini bildirib:
“Burada kifayət qədər vaxt keçirmişəm. Azərbaycanın ən yaxşı klubunda oynayıram. Burada yetərincə təzyiq olduğunu hiss edirik”.
Sent-Martin millisinin formasını geyinən Lebon Azərbaycan barədə də danışıb:
“Bura gələndə Azərbaycan haqqında məlumatım yox idi. Amma həmişə dostlarıma sizin qonaqpərvər olduğunuzu deyirəm. Məni evlərinə dəvət edənlər də olub. Bu yaxınlarda Qusara da getmişdim. İnanılmaz mənzərə və gözəl dağların şahidi oldum. Yeməklərinizin adlarını bilmirəm, amma bəyənirəm”.
Lebon öz çıxışına da toxunub:
“Qolların sayı az olsa da, məhsuldar ötürmə çoxdur. Mövsümün sonuna kimi 6 qol vura bilərəm. Formadayam, özümü yaxşı hiss edirəm”.
Bizi Facebook-da izləyin