Klopp narazıdır
“Liverpul”un baş məşqçisi Yurgen Klopp növbəti dəfə oyunların sıx qrafiki ilə bağlı danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ötən gecə “Çelsi”yə qalib gələrək Liqa kubokunu qazanan “Liverpul”un çalışdırıcısı bu qrafikə görə İngiltərə Futbol Assosasiyasını tənqid edib:
“Çərşənbə günü keçirəcəyimiz matçda oynamaq üçün heyətimiz yoxdur. Bu gün meydana çıxan uşaqlar yəqin ki, yenidən oynayacaqlar. Qalanları isə bərpa prosesi keçəcəklər.
Mən bu ölkəni ürəkdən sevirəm, amma bu cədvəl uğur əldə etmək üçün nəzərdə tutulmayıb. Biz mübarizə aparırıq. Sonda nə olacağını görəcəyik”.
Fevralın 28-də “Liverpul” “Sauthempton”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin