“Fənərbaxça”nın futbolçusu 2-3 həftə oynamayacaq
“Fənərbaxça”nın yarımmüdafiəçisi İrfan Can Kahveci zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun ayaq əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Onun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Türkiyə millisinin üzvü bu mövsüm “Fənərbaxça”da 36 matçda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin