“Araz-Naxçıvan”ın futbolçusunun 100-cü oyunu

“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının 24-cü turuna təsadüf edib.

Cinah oyunçusu “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/2019 mövsümünə təsadüf edən futbolçunun ilk komandası “Sumqayıt” olub.

Turan Manafov “gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 oyun (3 qol) keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button