Şahruddinin komandası “Trabzonspor”a uduzdu

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda səfərdə “Trabzonspor”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Adana Dəmirspor” hazırda 32 xalla 12-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button