“Liverpul”un aparıcı futbolçusu sıradan çıxıb
“Liverpul”un heyətində ciddi itki baş verib.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin misirli futbolçusu Məhəmməd Salah sıradan çıxıb. 31 yaşlı vinger Premyer Liqanın 25-ci turunun “Brentford”la oyununda (4:1) zədələnib.
Futbolçu ölkə çempionatının növbəti turunun “Luton”la matçını buraxacaq.
Salah bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 28 matçda 19 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin