“Monako” uduzdu, “Brest” 2-ci pilləyə yüksəldi
Fransa Liqa 1-də 22-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün 6 görüş baş tutub.
“Strasburq” evdə “Loryan”a, “Monako” “Tuluza”ya uduzub. “Monpelye” “Mets”i, “Renn” “Klermon”u, “Brest” də Marsel “Olimpik”ini məğlub yola salıb.
Hazırda 53 xala malik PSJ vahid liderdir. 39 xalda qalan “Nitsa” üçüncü pilləyə enibsə, “Brest” 40 xalla ikinci sıraya yüksəlib. “Lill” və “Monako” 38, “Lans” 36, “Renn” 34, “Reyms” 31 xal toplayıb.
Fransa Liqa 1
22-ci tur
16 fevral
Olimpik (Lion) – Nitsa 1:0
Qol: Manqala, 22.
17 fevral
Lill – Havr 3:0
Qollar: C.David, 14; 44; 49.
Nant – PSJ 0:2
Qollar: L.Hernandes, 60. Mbappe, 78-pen.
18 fevral
Strasburq – Loryan 1:3
Qollar: Jilbert, 51 – Bamba, 2; 45+1. Ponso, 49.
Monako – Tuluza 1:2
Qollar: Akliuş, 48 – Syerro, 41. Kosta, 70.
Monpelye – Mets 3:0
Qollar: Silla, 3. Sanyan, 50. Savanye, 86-pen.
Renn – Klermon 3:1
Qollar: Omari, 31. Terrye, 58; 64.
Reyms – Lans 1:1
Qollar: Diakite, 41 – Said, 45+1.
Brest – Olimpik (Marsel) 1:0
Qol: Lis-Melu, 88.
Bizi Facebook-da izləyin