PSJ azarkeşlərinə qadağa

PSJ azarkeşlərinin Liqa 1-in 22-ci turunda “Nant”la səfər oyununda iştirakına qadağa qoyulub.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, bu barədə Fransa hökuməti qərar qəbul edib. Bildirilir ki, qərar iki klubun azarkeş qrupları arasında münasibətlərin gərgin olması səbəbindən verilib.

Sabah keçiriləcək “Nant” – PSJ oyunu saat 00:00-da başlayacaq.

Fransa çempionatında 21 oyundan sonra PSJ 50 xal toplayıb və liderdir. “Nant” isə 22 xal qazanaraq 12-ci yerdə qərarlaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button