“Arsenal” qanalı futbolçunu göndərəcək
“Arsenal” yarımmüdafiəçisi Tomas Parti ilə yollarını ayırmaq istəyir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, London klubunun belə qərar verməsi qanalı futbolçunun tez-tez zədələnməsi ilə bağlıdır.
O, bu mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib.
Parti karyerası ərzində “Atletiko”, “Malyorka”, “Almeriya” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin