Premyer Liqa: Mövsümün rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilmiş “Sumqayıt” – “Neftçi” matçını 8100 azarkeş tribunadan izləyib.
Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.
Bunadək rekord 10-cu turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.
“Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu, arenada yenidənqurmadan sonra ilk qarşılaşma olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin