“Real” Kroosla bağlı qərar verib
“Real” müqaviləsi mövsümün sonunda başa çatacaq Toni Kroosla bağlı qərar verib.
Komanda.az xəbər verir ki, “kral klubu”nun rəhbərliyi alman yarımmüdafiəçinin komandada qalmasını istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid təmsilçisi 34 yaşlı yarımmüdafiəçiyə 1 illik yeni müqavilə təklif edəcək.
“Real” Toni Kroosu 2014-cü ilin yayında “Bayern”dən transfer edib. Almaniyalı futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 29 matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin