Şahruddin Renatın komandası ilə oyunda məğlubiyyətə üzüldü
Türkiyə Super Liqasının 23-cü turunda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirsor” yığmanın digər üzvü Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u qəbul edib.
Komanda.az xəbər verir ki, matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 44-cü dəqiqədə Nani avtoqola imza atıb.
Məhəmmədəliyev 90 dəqiqə oynayıb. Dadaşov isə start heyətdə meydana çıxsa da, 68-ci dəqiqədə əvəzlənib. Hücumçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Adana Demirspor” 31 xalla 7-ci, “Hatayspor” 25 xalla 14-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin