Azərbaycan çempionatının vaxtı müəyyənləşdi

Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.

Komanda.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.

Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.

Çempionatın proqramı belədir:

29 yanvar

Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.

30 yanvar

Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.

31 yanvar

Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.

1 fevral

Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button