“Milan”ın qapıçısını təhqir edən azarkeşə ömürlük cəza
“Udineze” “Milan”ın qapıçısı Mayk Menyanı irqçi şüarlarla təhqir edən azarkeşlərdən birini müəyyənləşdirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 20-də “Milan” A Seriyasının 21-ci turunun matçında “Udineze”yə qalib gəlib (3:2). Birinci hissədə hakim Menyana yönəlmiş irqçi şüarlara görə oyunu dayandırıb.
“Udineze” tərəfi bildirib ki, 28 yaşlı fransalı futbolçunu təhqir edən azarkeş stadiondan ömürlük kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin