“Qalatasaray” yaponiyalının transferini tamamlamağa yaxındır

“Qalatasaray” hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az “Fanatik” nəşrinə istinadəm xəbər verir ki. İstanbul təmsilçisi “Latsio”dan Daiti Kamadanın transferini yekunlaşdırmaq üzrədir.

“Sarı-qırmızılar”ın keçidi yaxın günlərdə tamamlayacağı gözlənilir.

Kamada mövsümün əvvəlində, “Ayntraxt”la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə “Latsio”ya keçib. Yaponiyalı vinger İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 22 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button