“Beşiktaş” futbolçusunu Fransa klubuna göndərir

“Beşiktaş”ın müdafiəçisi Valentin Rozye Fransaya yollanacaq.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, Türkiyə klubunun futbolçusunun xidmətində “Nitsa” maraqlıdır.

Fransa təmsilçisi 27 yaşlı müdafiəçini bu mövsümün sonuna qədər icarəyə götürməyə razılaşıb. Müqavilədə futbolçunun alınması öhdəliyi də yer alacaq.

Rozye bu gün yeni komandasına keçmək üçün tibbi müayinədən keçəcək. Futbolçu 2020-ci ildən “Beşiktaş”da çıxış edir. O, bu mövsüm İstanbul komandasının heyətində bütün turnirlərdə 19 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button