Məşhur futbolçu silahla hədələndi, evi qarət olundu

“Atletiko”nun hücumçusu Anxel Korrea ailəsi ilə birlikdə olduğu evində qarət edilib.

Komanda.az COPE-yə istinadən xəbər verir ki, hadisə dünən baş verib. Dörd şəxs argentinalı futbolçunun evinə girərək onu silahla hədələyib. Oğurluq zamanı pul və qızıl-zinət əşyaları götürülüb.

Mülki qvardiya bütün mümkün sübutları toplamaq, belə çətin zamanda futbolçuya və ailəsinə kömək etmək üçün hadisə yerinə gəlib. Xəsarət alanlar barədə məlumat verilməyib.

28 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button