“Sumqayıt” Rumıniya klubuna böyük hesabla uduzdu

Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Samir Abasovun komandası Rumıniya təmsilçisi “Hermanştadt” ilə qarşılaşıb.

“Hermanştadt” hazıda Rumıniyanın yüksək liqasında 21 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb. Bu rəqiblə oyun sumqayıtlıların məğlubiyyəti ilə bitib – 0:3.

“Sumqayıt” yanvarın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button