“Fənərbaxça” “Neftçi”nin keçmiş futbolçusu üçün danışıqlara başlayıb

“Neftçi”nin keçmiş futbolçusu Mateus Saldanya karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi “X” hesabında bildirib.

Onun dediyinə görə, “Fənərbaxça” hazırda Serbiyanın “Partizan” klubunda çıxış edən 24 yaşlı hücumçu ilə maraqlanır.

İstanbul təmsilçisi braziliyalı forvard üçün rəsmi danışıqlara start verib.

Saldanya 2023-cü ilin ilk yarısında “Neftçi”nin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button