Türkiyə klubu “Neftçi” ilə danışıqlar aparıb
Ramil Şeydayevi heyətinə cəlb etmək istəyən Türkiyənin “Kocaelispor” klubu daha bir azərbaycanlı futbolçu ilə danışıq aparıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1-ci liqa təmsilçisi “Neftçi”nin kapitanı Emin Mahmudovun da xidmətində maraqlı olub.
Mahmudov özü bu keçidə müsbət yanaşsa da, “Neftçi” Türkiyə klubundan yüksək məbləğdə transfer haqqı istəyib. “Kocaelispor” isə bu transferdən imtina edərək, diqqəti Ramil Şeydayevin keçidinə yönəldib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin