“Qarabağ”ın rəqibi braziliyalı ilə maraqlanır
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Portuqaliyanın “Braqa” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Komanda.az “Record” nəşrinə istinadən xəbər verir ki, klub Braziliya təmsilçisi “Qremio”da çıxış edən Qustavo Martinslə maraqlanır.
Portuqaliya klubu 21 yaşlı müdafiəçi üçün 3,5 milyon avro təklif edib. Braziliyalı oyunçu ölkəsinin olimpiya komandası hesab edilən U-23 yığmasının da üzvüdür.
“Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin