İkardinin dönüş tarixi bəlli olub
“Qalatasaray”ın zədəli futbolçusu Mauro İkardi Türkiyə Super Liqasının növbəti turunda “Kayserispor”la keçiriləcək oyunu da buraxacaq.
Komanda.az “NTV Sports”-a istinadən xəbər verir ki, 18-ci turda “Fənərbaxça” ilə matçda zədə alan argentinalı hücumçunun üz sümüyündə qırıqlar və ayağında ağrı olduğundan, həkimlər ona bir müddət meydana çıxmamağı məsləhət görüb.
O, Super Liqanın 21-ci turunda “Trabzonspor”la matçda meydana çıxmağa hazır olacaq. Sözügedən görüş yanvarın 21-də keçiriləcək.
İkardi Super Liqada “Konyaspor” və “Sivasspor”la oyunları da buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin