İkardi 2 oyunu buraxacaq
“Qalatasaray” zədəli hücumçusu Mauro İkardinin sağlamlıq durumu ilə bağlı açıqlama yayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqanın 18-ci turunda “Fənərbaxça” ilə matçda zədə alan argentinalı futbolçunun durumunun ciddi olduğu bildirilib.
Bildirilib ki, zədənin 20-ci gününün ardından ediləcək qiymətləndirmədən sonra lazım gələrsə, İkardi maskanın köməyi ilə oynaya bilər.
Beləliklə, İkardi Super Liqada ən azı “Konyaspor” və “Sivasspor”la matçlarda meydana çıxmayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin