PSJ-nin futbolçusuna “Qalatasaray”a keçmək təklif olunub
“Roma”da icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Renato Sançes tezliklə Türkiyənin “Qalatasaray” klubunun futbolçusu ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin mərhələdə portuqaliyalı futbolçu PSJ-yə qayıdacaq, çünki “Roma” artıq onun xidmətində maraqlı deyil. Daha sonra Fransa klubu yarımmüdafiəçinin satışı üçün hazırlıqlara başlayacaq. Sançesin agentinin ona “Qalatasaray”a keçmək variantını təklif etdiyi vurğulanır.
26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 9 matçda iştirak edib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin