Klublararası dünya çempionatının ən yaxşı oyunçusu məlum olub
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 2023-cü il Klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, ispan futbolçu Klublararası dünya çempionatının “qızıl top”u adlanan mükafatı qazanıb.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə “Fluminense” üzərində 4 cavabsız qolla qələbə qazanıblar. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin