“Sabah” yeni transferini rəsmən açıqladı

“Sabah” klubu Cənubi Afrika Respublikasından (CAR) olan futbolçu Hendrik Eksteynin keçidini açıqlayıb.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Sabah” 28 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalayıb.

Eksteyn karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. O, CAR millisində 2 oyun keçirib. 

“Sabah” bu vaxta qədər Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə və Amadu Diallo ilə də müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button